Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.
Eləcə də bax: İpoteka Fondunun xətti ilə 40 min 877 ipoteka krediti - VERİLİB
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdan 893 000 000 (səkkiz yüz doxsan üç milyon) manata yüksəldilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin ediləcək. Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.