Sabah, saat 15:00-da İpoteka və Kredit Zəmanət Fondunun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov sahibkarların suallarını cavablandıracaq.
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Fondun "Facebook" səhifəsi vasitəsilə canlı yayımda sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı suallara aydınlıq gətiriləcək.