İnşaat və əmlak

İpoteka və Kredit Zəmanət Fondu mənzili neçəyə alır? – RƏSMİ AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondu mənzili neçəyə alır? – RƏSMİ AÇIQLAMA | FED.az
17:25 13 Mart 2020

“İpoteka və Kredit Zəmanət Fondu əhaliyə mənzil satmır. Bu, Fondla vətəndaş arasında kirayə münasibətidir”.

Eləcə də bax: Artıq 25 nəfər kirayə üsulla mənzil seçıb - FONDDNA AÇIQLAMA

Bunu FED.az-a açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov deyib.

Qurum rəsmisi qeyd edib ki, kirayə münasibətlər mexanizminin digərlərindən üstünlüyü sonda mənzilin vətəndaşın mülkiyyətinə keçməsidir:

“Biz vətəndaşlarla alqı-satqı müqaviləsi bağlamırıq. Vətəndaşlar seçim edərkən məznillərin alış qiymətini görürlər. Burada iki qiymət var. Biri Fondun bazardan aldığı bazar qiyməti, digəri isə biz onu qaydalara uyğun olaraq alış qiyməti adlandırırıq. Tutaq ki, 300 ay içərisində vətəndaş ayda 500 manat ödəyir. Aylıq ödənişlərin cəmi olaraq 300 ay ərzində ödədiyi 150 min manat məbləğ ümumilikdə mənzilin alış qiyməti kimi uyğunlaşdırılır”.

Mənzilin sondakı formalaşmış alış qiymətinə hansı faktorlar təsir edir? Fond mənzili neçəyə alır?

İlham Kələşov mənzilin bazar qiyməti formalaşanda həm alqı-satqı, həm də rəsmiləşdirmə ilə bağlı xərclərin həyata keçirilməsinə diqqət çəkib:

“İlk olaraq nəzərə almaq lazımdır ki, Fond bu mənzilləri tikinti sektoru bazarından bazar qiymətləri ilə alır. Hazırda Fond bunları kütləvi şəkildə həyata keçirdiyi üçün bizim bu mənzilləri bazar qiymətlərindən 10-15% aşağı əldə etmək imkanımız yaranır.

Vətəndaşlar arasında bəzən alınan mənzillərin baha olması ilə əlaqəli müqayisəli qiymətlər səslənir. Bu mənzillərin qiymətləri müqayisə olunarkən bazarda həmin sahələrdə olan analoji məznillərin qiymətlərinin nə qədər olması ilə bağlı hesablamalar aparmışıq. Birinci, Fond tərəfindən mənzillər tam təmirli şəkildə kirayə verilir. Bu da mənzilin bazar qiymətinin formalaşmasına təsir edən amildir. Tikinti sektorunda çalışan mütəxəssislər bildirirlər ki, tikinti qiymətinin formalaşması inşaa dövründə dəyişir. Yəni istənilən tikinti şirkətləri görə bilər ki, tikintinin ilkin mərhələsində satışı stimullaşdırmaq məqsədi ilə qiymətlər daha aşağı olur. Artıq bina istismara qəbul olunduqdan sonra onun dəyərində müəyyən artımlar olur. Praktikada ilkin hesablamalar göstərir ki, tikintinin ilkin mərhələsi ilə sonundakı qiymət artımı 30-40% təşkil edir. Bundan əlavə, tikinti sektorunda formalaşmış daha bir təcrübə ondadır ki, tikinti şirkəti tərəfindən mənzillər xarici divar ölçüləri ilə satılır. Yəni divaraltı ölçülər də mənzilin kvadratına daxil edilir. Sonda vətəndaş mülkiyyət sənəti alanda kvardatda müəyyən fərqlər yaranır. Bu, praktikada 10-20% arası dəyişir”.

 

Digər xəbərlər