İpoteka və Kredit Zəmanət Fondu (Fond) dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.
FED.az xəbər verir ki, Fond koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.