Prezident İlham Əliyev ipoteka kreditləri ilə bağlı qaydalara yenilik edib.
FED.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında fərmana, eləcə də fondun xətti lə kreditlərin verilməsi qaydalarına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklər güzəştli ipoteka krediti ilə alınan evlərin qiymətinə aiddir. Belə ki, indiyədək qüvvədə olan qaydalara görə, güzəştli ipoteka krediti ilə yalnız 1 kvadratının qiyməti orta bazar qiymətindən aşağı olan evlər almaq mümkün idi. Yəni güzəştli kreditlərlə bahalı mənzillərin alınması mümkün deyildi.
İndi isə bu şərt aradan qaldırılıb. Nəticədə güzəştli kreditlərlə istənilən qiymətə olan mənzil və ya ev əldə etmək mümkün olacaq.
Bu yeniliklər özünü MİDA tərəfindən inşa edilən və satışan güzəştli mənzillərin satışına da aiddir.
İndiyədək güzəştli mənzillərin qiyməti ilə bağlı - orta bazar qiymətindən aşağı olmalıdır – tələbi vardı. İndi isə bu şərt aradan qaldırılıb və güzəştli mənzillərin satış qiymətini MİDA rəhbərliyi müəyyən edəcək.
İpoteka kreditləri ilə bağlı yenilik – FƏRMAN
22:42
14 Yan 2019