Bəzi vətəndaşlar ipoteka krediti ilə aldığı evi borc bitmədən satmaq məcburiyyətində qalır.
FED.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xeyli müzakirələr gedir.
“Bəs belə halla üzləşənlər nə etməlidirlər?”
“İpoteka kreditinin bir şəxsin adından başqasına keçirilməsi mümkündürmü, prosedurlar hansılardır?”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka krediti tam ödənilməyən mənzili də satmaq mümkündür. Ən çox müraciət olunan üsul isə daha çox evin nağd qaydada satışıdır.
Köhnə tikililərin sökülməsi evləri - BAHALAŞDIRIR - VİDEO
Daxili ipoteka kreditində alqı-satqı mütləq bankla razılaşdırıldıqdan sonra aparıla bilər. Burada qanunvericilik baxımından maneə olmasa da, bəzən bank müəyyən səbəblər göstərərək evin satışına icazə verməyə bilər.
Güzəştli ipotekadakı evi alan şəxs isə özü də bu cür güzəştə aid kateqoriyadan olmalıdır.
“Mənzil İnşaatı Dövlət Agentliyinin təklif etdiyi güzəştli mənzillərlə bağlı vəziyyət də digərlərindən elə də fərqlənmir.”
Ramil Osmanlı vurğlayır ki, kirayə mənzil layihəsində isə qanunla 3 il ərzində evin məbləğini tam ödəmək və kiməsə satmaq mümkün deyil.
Ekspert qeyd edir ki, ümumiyyətlə ipotekada olan evi satmaq və bütün prosedurları tamamlamaq üçün ən azı 2 ay vaxt sərf edilir. (Xezerxeber.az)