2 iyun 2022-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 15 000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.
Eləcə də bax: 15 mln. manatlıq ipoteka istiqrazlarına cəmi 2 investor - YATIRIM ETDİ
FED.az İKZF-yə istinadən xəbər verir ki, emissiyanın ümumi həcmi 65 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.