13 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2039008688 |
Emissiya həcmi |
30 000 000 AZN |
Nominal qiyməti |
1000 АZN |
Hərrac qiyməti |
1004,4167 AZN |
İstiqrazların tədavül müddəti |
23 il |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
Anderrayter |
PSG-Kapital İŞ QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
Marja