30 dekabr 2019-cu il tarixinə ipoteka predmetinin növü üzrə pay bölgüsündə ən yüksək paya (29,6%) 61-80 kv. metr sahəyə malik olan mənzillər malik olub.
Eləcə də bax: Azərbaycan ipoteka kreditlərinin faizlərinə görə - 66-CI YERİ TUTDU
FED.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, bu kateqoriyadan olan mənzillərə ümumi hesabla 599 384 608 manat kredit ödənilib. Pay bölgüsünün sıralamasında daha sonra 28,7% ilə 41-60 kv. metrlik kateqoriyasında olan mənzillər yer alıb. Onların alınmasına 581 046 262 manat vəsait ödənilib. Ümumi payda 16,6%-ə sahib olan 81-100 kv. metrlik mənzillərə görə isə 336 567 797 manat ipoteka ödənilib.
Sözügedən kateqoriyaların pay bölgüsündə ən aşağı göstəricilər <40 kv. metrlik və >121 kv. metrlik mənzillərə aiddir. Onların payı müvafiq olaraq 4,3% və 12,8% təşkil edib ki, bu mənzillər üçün ödənilən məbləğlər isə müvafiq olaraq 87 847 484 manata və 258 602 154 manata bərabər olub.