1 aprel 2023-cü il tarixinə olan vəziyyətə görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 43,514 min ipoteka krediti verilib.
İpoteka Fondunun xəttilə - 43 514 İPOTEKA KREDİTİ VERİLİB
FED.az İKZF-nin məlumatına istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 525 milyon 663,584 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 3,287 min təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 349 milyon 759 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.