İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Eləcə də bax: Kirayə üsulu ilə verilən mənzillərin sayı - 2 500-Ü KEÇİB
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 40 min 652 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 298 milyon 500 min 878 manatdır.