İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 763 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 923 milyon 721 min 855 manatdır.