Azərbaycanda kirayə evlər üçün müraciət bu gün yanvarın 22-də saat 10-da başlayır.
FED.az xəbər verir ki, müraciətlərə yarım saat qaldığı bir vaxtda İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsinin fəaliyyəti dayanıb.
Bu barədə FED.az-a istifadəçilər məlumat verib. İstifadəçilərin təqdim etdiyi şəkillərdən görünür ki, sistemə ASAN imza ilə daxil olmağa çalışan istifadəçilər problemlə üzləşiblər.
Hələlik bunun texniki problem olub-olmadığını demək mümkün deyil. Çünki sistemin necə işlədiyi müraciətlər başlanandan sonra bilinəcək.
Hələlik bununla bağlı İpoteka və Kredit Zəmanət Fondundan şərh verilməyib.