Böyük Britaniyada daşınmaz əmlak alan xarici vətəndaşları xoşagəlməz yenilik gözləyir. FED.az xəbər verir ki, yaxın vaxtlardan etibarən ölkə hökuməti məbləği 50 min funt sterlinqdən (indiki məzənnə ilə 71 min dollar və ya 57 min avrodan) artıq olan aktivlərin mənbəyini soruşacaq. Başqa sözlə, ölkədə bu məbləğdən artıq yatırım edənlər onun mənbəyini göstərməli və bu pul necə əldə etdiklərini izah etməli olacaqlar.
Britaniya «Houm ofis»inin – hökumət yanında departamentin – naziri Ben Uolles bildirib ki, cinayətkarlar və Britaniyadan çirkli pulların yuyulması üçün istifadə edən siyasətçilərlə mübarizə aparmaq üçün bütün qüvvələri cəlb etmək niyyətindədir. Qeyd edək ki, adı çəkilən departament iqtisadi cinayətkarlıqla mübarizə aparmaqla məşğuldur.
«Biz sizə və sizin aktivlərinizə çatdıqda sizin üçün «ağır həyat» quracağıq»-deyə Uolles xəbərdarlıq edib. Yeri gəlmişkən, Times-ın məlumatına görə, hər il Britaniyada 90 milyard funt sterlinq çirkli pulları «yuyulur».
Qeyd edək ki, britaniyalı nazirin bəyanatlarını qanunvericilikdəki dəyişiklik də təsdiqləyir. Artıq fervral ayından hökumət orqanlarına səlahiyyə verilib ki, mənbəyi məlum olmayan pullar haqqında sorğular versinlər (Unexplained wealth orders — UWO). Əgər yatırım edən şəxslər gəlirlərinin mənbəyini izah edə bilmirlərsə, həmin pullara həbs qoyula və ya dondurula bilər.
Nazir bildirib ki, belə sorğular yerli maklerlərdən tutmuş xarici oliqarxlara və cinayətkarlara qədər hamını əhatə edəcək.
İngiltərədə 120 min manatlıq ev alanları yoxlayacaqlar – YENİ QAYDA
19:29
4 Fev 2018