Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan FED.az-a bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dekabrın 1-nə 27 min 677 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 375,7 milyon manatdan çoxdur.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu bu il nə qədər - İPOTEKA KREDİTİ VERİDİYİNİ AÇIQLADI
Bu ilin 11 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 2452, məbləği 158,8 milyon manat təşkil edib.