Əmlak satıcısı Elməddin Həşimov bildirir ki, son iki il ərzində köhnə tikillərin qiymətlərində azalma müşahidə edilib, Məsələn, əvvələr 130 min manata satıla bilən köhnə evlərin qiyməti indi 100 min manata satılır. Əvəzində bəzi ərazilər plana düşdüyü üçün həmin yerlərdəki köhnə binaların qiymətində yenidən artım müşahidə olnur. Bunlar Nərmanov rayonu və metro ətrafındakı ərazilərdir.
900 manata obyekt, 450 min manata hotel satılır – ƏMLAK HƏRRACI
Mütəxəssisin sözlərinə görə, ərazilərin plana düşməsi bu sahədə yeni yatırım imkanları yaradıb. Belə ki, qaydalara görə, sökülən mənzillərin sahiblərinə həmin binanın yerində tikilən binalarda daha böyük (təqribən 20 m2 artıq) sahəli mənzil verilir. Bundan başqa, mənzil sahibləri həmin binalardan əlavə ev almaq istəsələr onlara güzəştlər də edilir.Nəticədə mənzili sökülən sakinlər iqtisadi cəhətdən daha üstün duruma düşürlər: «Məsələn, indi «xruşşovka» evlərin bir otaqlılarının sahəsi 33-34 kvadratmetr, qiyməti 6067 min manatdır. Həmin bina söküləndə isə həmin mənzilin sahibinə verilən mənzilin sahəsi 40-50 kvadratmetr olur. Əlavə ödəniş etməklə verilən mənzilin sahəsini daha da genişləndirmək mümkündür. Nəticədə sökülən mənzilin sahibi metro ətrafında tamamilə yeni binadan 60 kvadratmetrə yaxın sahəsi olan mənzil əldə edir. Yeri əlverişli olduğu üçün belə mənzillərin bazar qiyməti 120-140 min manat arasında dəyişir».
Müqayisə üçün bildirək ki, Nərmanov rayonunda yeni tikilən binalarda 1 otaqlı, sahəsi 70 m2 olan mənzillərin qiyməti 150 min manatdan, 2 otaqlı 90 m2 lik mənzillər 200 min manat və 3 otaqlı sahəsi 110 m2 mənzillərin qiyməti 300 min manatdan başlayır.
Əmlak mütəxəssisi bildirir ki, məhz bu səbəbdən metro ətrafında satılan köhnə mənzillərə tələbat azalmır. Yeri gəlmişkən, qeyd edək ki, İpoteka Fondunun qərarı ilə 1970-ci ildən əvvəl tikilmiş mənzillərin, o cümlədən «xruşşovka»ların da ipoteka krediti ilə satışı dayandırılıb. Bu qərar həmin mənzillərin qiymətini azaltsa da, onlara tələbatı aşağı salmayıb. Əlində kifayət qədər pulu olanlar yuxarıda göstərilən variantdan istifadə edərək əmlak bazarına yatırım edirlər.
Ərəblər sürətlə ev alırlar
Ekspert bildirir ki, son vaxtlar xaricilərin də Bakıda ev alması halları artıb. Xarici müştərilər arasında əsas yeri ərəblər tutur. Belə ki, ərəbləri daha çox təzə və mərkəzdə tikilmiş evlər maraqlandırır: «Onlar köhnə tikililəri demək olar ki, almırlar». Bundan başqa, əksər xarici müştərilər, əmlakı agentlər vasiəsilə deyil, birbaşa şirkətdən almağa üstünlük verirlər.
«Bu ərazilərdə torpağın sotu 300 min manatdır»
E.Həşimov bildirir ki, Nərimənov və Gənclik ərazilərində torpaqlara tələbat da həmişəki kimi yüksək olaraq qalır: «Torpaqların qiyməti yerindən asılı olaraq dəyişir. Məsələn, həyət evləri üçün torpaq sahəsinin sotu 120-150 min manatdan başlayır. Ən yüksək qiymətlər həmişəki kimi, Teymur Əliyev küçəsindədir. Bahalığın səbəbi torpağın qıtlığıdır – hətta bu qiymətə də torpaq tapmaq asan deyil. Nəticədə xüsusən yol kənarına yaxın ərazilərdə bir sotun qiyməti 250-300 min manatdan başlayır. Ekspent bildirir ki, əvvəllər bu ərazilərdə torpaqları villa inşa etmək üçün alırdılarsa, indii bəziləri burada kiçik otellər də inşa edirlər. Amma bunun üçün torpaq yol kənarından alınır: «Villaların əhatəsində otel açmaq o qədər də sərfəli deyil».
Ən çox geyim mağazası açılır
Paytaxtda ticarətin gur olduğu ərazilərdən sayılan Nərimənov metrosu ətrafında ticarət obyektlərinin kirayə qiyməti də yüksəkdir: «Bəzi ərazilərdə Burdada ərazi fərqi var Nərmanovda metro ətrafına yaxın ərazilər var ki, 100 m2 dir amma, kirayə haqqı 10 min manatdan yüksəkdir». Bu ərazilərdə obyektlər ən çox geyim mağazası üçün istifadə edilir. Əlverişli yerlərdəki obyektlərin aylıq icarə haqqı 15 min manat ətrafındadır, «amma tələbat böyük olduğuna görə, bele yerlər tapmaq asan deyil»-deyə ekspert bildirir.