Dünyanın ən varlı insanlarından (167 milyard dollar) biri, «Space X» və «Tesla» şirkətlərinin sahibi, eləcə də çoxsaylı ambisiyalı layihələrin müəllifi olan İlon Mask bütün əmlakını sataraq kiçik mənzilə köçüb.
FED.az xəbər verir ki, Silikon Vadisindəki qaydalardan narazı qalan milyardçı əvvəlcə yaşadığı ştatı dəyişib – Kaliforniyadakı zavodunun bağlanmasından narazı qalan milyardçı Texasa köçməyi, yeni «Tesla» zavodunu da burada inşa etməyi qərara alıb. Maskın tunellərdə sürətli qatar texnologiyasını mənimsəyən «The Boring Company» şirkəti də artıq Texasdadır.
Bir neçə ay əvvəl İlon Mask Kaliforniyada biznes üçünyaradılan şəraitdən narazılıq edib buradan köçəcəyini bildirdikdə, ştatın qubernatoru Qevin Nyusom bundan narahat olmadığını demişdi: «Ola bilər bura biznes qurmaq üçün ucz yer deyil, amma ən yaxşı yerdir»-deyə qubernator bildirmişdi.
Yeri gəlmişkən, doğrudan da Kaliforniya ştatında gəliri yüksək olanlar üçün sərt vergi qaydaları var. İllik gəliri 1 milyon dolları keçənlər üçün gəlir vergisi 13,3% təşkil edir. Eyni vergi dərəcəsi kapital artımına da tətbiq edilir. Texasda isə fiziki şəxslərdən gəlir vergisi və kapital artımından vergi tutulmur.
Ucuz evə köçməyə gəlincə, İlon Mask bütün əmlakını satacağını hələ ötən il elan etmiş, bütün pullarını layihələrinə yatıracağını bildirmişdi. O vaxt bu elan reklam gedişinə bənzəsə də, İlon doğrudan da bütün əmlaklarını satıb və artıq axırıncı evi satışdadır.
Əvəzində 167 milyard dollarlıq sərvətə malik olan Mask yeni kiçik evə köçüb. Sahəsi 37 kvadratmetr olan mənzil ənənəvi deyil, bloklardan yığılma evdir.
Maskın yeni evi «SpaceX»in raketlərinin istehsal edildiyi ərazidə icarəyə götürülən sahədə qurulub. Buradan iş yerinə piyada getmək olur.
İlon Maskın yeni evi milyardçıların ənənəvi saraylarından tamamilə fərqlidir. Qiyməti 50 min dollar olan mənzil 37 kvadratmetrdir, burada hər şey minimalist stilində yaradılıb. Maskın yeni evinin qiyməti Tesla Model X-dən də ucuzdur.
«Boxabl» şirkətinin istehsalı olan mənzil konstruktoru xatırladır, onu bir neçə saata asanlıqla söküb başqa yerdə qurmaq olar. Kənardan konteynerə oxşasa da, mənzilin içərisi tamamilə müasir studiyadır.
Bir böyük otaqdan ibarət olan mənzil bir neçə zonaya bölünüb, burada yataq otağı, mətbəx. Vanna , hətta qonaq otağı var. Mənzildə panoram pəncərələr və eyvan olmasa da, kifayət qədər günəş işığı düşür. Buradakı mebellər çox funksionallıdır və yerə qənaət etməklə hər şərait yaradılıb.
İlon Maskın mənzili bir daha sübut edir ki, kiçik sahə rahatlıq üçün maneə deyil.
Maraqlıdır ki, «Boxabl» şirkətinin bu layihəsi hələ İlon Maskdan əvvəl məşhurlaşmışdı. Cəmi bir neçə günə evi almaq üçün 1000 nəfər növbəyə yazılmışdı, indi isə onların sayı qat-qat artıb.
Bundan əvvəl İlon Mask çoxsaylı daşınmaz əmlaka malik idi. Bütün evlər Los-Ancelesdə demək olar ki, eyni ərazidə yerləşirdi. Mask bir dəfə müsahibəsində bildirib ki, əslində bu evləri almaqda məqsəli özünün əsas evi üçün «bufer zona» yaratmaq idi, ona görə də sadəcə bütün qonşuların əmlaklarını satın alıb. Beləliklə,
2015-ci ildə 20 milyon dollara alınan və 140 sot ərazidə yerləşən villa 21 milyon dollara satılıb.
2016-cı ildə 25, milyon dollara alınan və 64 sot ərazidə yerləşən villa 29 milyon dollara satılıb.
2019-cu ildə 6,4 milyon dollara alınan və 34 sot ərazidə yerləşən öhnə ev 6,8 milyon dollara satılıb.
2017-ci ildə 4,3 milyon dollara alınan ev 4,4 milyon dollara satılıb.
2013-cü ildə 17 milyon dollara alınan dəbdəbəli villa 29 milyon dollara satılıb. Maskın əsas evi sayılan bu villa 1999-cu ildə inşa edilib və burada ikimətrtəbəli kitabxana, teatr, 1000 butulkalıq şərab anbarı, tennis kortu, meyvə bağı və sair olub.
2017-ci ildə 6,7 milyon dollara alınan ev 7,2 milyon dollara satılıb. Yeri gəlmişkən, Mask bu evi öz qohumuna satıb. Hətta evi almaq üçün ona borc da verib.
2014-cı ildə 3,7 milyon dollara alınan və 11 sot sahədə yerləşən ev 4 milyon dollara satılıb.
Daha iki əmlak isə 36 milyon dollara satılıb.
İlon Maskın hazırda satışda olan sonuncu evi San-Fransisko və San-Xosenin arasında yerləşir. 105 il əvvəl tikilən dəbdəbəli villa 35 milyon dollara satışa çıxarılıb. Təqribən 2 hektar, daha dəqiqi 1880 sot ərazidə yerləşən bu villadan milyardçı görüşlər və danışıqlar üçün istifadə edir.