Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il 542 yeni lift alınaraq Bakıya gətirilib.
Bu barədə FED.az-a BŞİH-dən məlumat verilib.
Eləcə də bax: Yararsız liftlərlə bağlı - SƏRƏNCAM İMZALANDI
Məlumatda bildirilir ki, liftlər bu ilin sonuna kimi yaşayış binalarına quraşdırılaraq əhalinin istifadəsinə veriləcək. 542 lift 162 bina üçün nəzərdə tutulub:
"Yeni və müasir liftlərin gətirilməsi gələn il də davam etdiriləcək. Hələlik Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan binaların liftləri dəyişdirilir. Həmin binaların hamısının liftlərinin dəyişdirilməsi nəzərdə tutulur. Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn il də davam etdiriləcək və istismar müddəti ötən digər liftlər də yeniləri alınaraq dəyişdiriləcək. Liftlər Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə imzalanmış müqavilə əsasında gətirilib".