Bu ilin ilk “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yanvarın 13-17-də Nəsimi rayonunda keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a bildirilib ki, səyyar qeydiyyat xidmətindən istismarına icazə verilmiş 5 bina üzrə ümumilikdə 940-dək mənzilin sahibi istifadə edə biləcək.
Kampaniya yanvarın 13-ü Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, ayın 14-də S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, yanvarın 15-də isə Hənifə Ələsgərov küçəsi, 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək. Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və ayın 17-si isə Mərdanov qardaşları küçəsi, 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda göstəriləcək.
Mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur.
Xidmət mənzil sahibinin istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Mənzilə dair çıxarış üçün tələb olunan dövlət rüsumu 30 manat, xidmət haqqı isə Tarif Şurasının 2009-cu il 31 iyul tarixli qərarına əsasən müəyyən edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanına uyğun olaraq istismarına icazə verilən binalardakı mənzillərin operativ və əlçatan qeydiyyatı məqsədilə xidmət birbaşa ünvanlarda təşkil olunur.
FED.az" src="https://www.fed.az/upload/news/4623233.jpg" />