İnşaat və əmlak

İKZF tərəfindən zəmanət və subdisiya verilmiş kreditlər - KƏSKİN ARTIRIB

İKZF tərəfindən zəmanət və subdisiya verilmiş kreditlər - KƏSKİN ARTIRIB | FED.az
12:30 16 Yan 2020

Azərbaycanda zəmanət mexanizminin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 mln. manat) İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 mln. manat olub.

Eləcə də bax: Fond 2019-cu il üzrə fəaliyyətinin yekunlarını - AÇIQLAYIB

Fonddan FED.az-a verilən məlumata görə, ötən il ərzində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə Fond tərəfindən mövcud problemlər öyrənilib, dövri olaraq müvəkkil banklar və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Digər xəbərlər