İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət mexanizmi çərçivəsində maliyyələşən sahibkarlıq subyektlərində təxminən 4 minə yaxın yeni iş yerinin açılması planlaşdırılıb.
Eləcə də bax: Azərbaycanda jurnalistlərə də güzəştli - İPOTEKA KREDİTİ VERİLƏCƏK - ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunu İKZF-nın Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
O bildirib ki, bu prosesə 2018-ci ilin əvvəlindən başlamışıq, ötən dövrdə bu mexanizmə kifayət qədər maraq olub: “Görülmüş işlərin nəticəsində, bu gün çox sayda sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq. Təxminən 300 milyon manata yaxın vəsait İKZF-nın kredit zəmanət mexanizmi vasitəsi ilə sahibkarlara yönəldilib. Həmin vəsaitlər müxtəlif sahələri əhatə edir.” (Report)