Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə protokol tərtib edəcək qurumlar müəyyənləşib.
“FED.az”-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə sərəncamında nəzərdə tutulub.
Sərəncama əsaasən, İnzibati Xətalar Məcəlləsinin 393-1.2 maddəsində nəzərə tutulan həmin inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar - İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq.
İki nazirliyə yeni səlahiyyətlər verildi - PREZIDENTDƏN SƏRƏNCAM
19:20
3 İyul 2019