II Qarabağ müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub. 2022-ci ildə 20 minə yaxın şəxsə stasionar yarımstasionar və səyyar xidmət göstərilib.
Qaçqınlar üçün tikilmiş mənzillərin - ƏHALİYƏ SATIŞI BAŞLAYIR
FED.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub. Ümumilikdə isə 13 100 şəxsə mənzil verilib.