İnşaat və əmlak

İcra Hakimiyyətinin binası təxminən 1 milyon manata təmir ediləcək

İcra Hakimiyyətinin binası təxminən 1 milyon manata təmir ediləcək | FED.az
10:32 28 Avqust 2019

Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilərək yenidən qurulacaq.

FED.az xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti bu məqsədlə elan etdiyi təkliflər sorğusuna yekun vurub. Belə ki, "Azərtranss" MMC qalib elan edilib.

"Azərtranss" 933 min 623.8 manat alaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək. Gədəbəy Rayon İcra Hakimiyyəti və "Azərtranss"  arasında  müqavilə imzalanıb.

Marja.az

Digər xəbərlər