Banner

İnşaat və əmlak

İcra Hakimiyyəti: "TİKİNTİDƏN XƏBƏRİMİZ YOX İDİ"

İcra Hakimiyyəti: "TİKİNTİDƏN XƏBƏRİMİZ YOX İDİ" | FED.az
17:47 11 May 2019

Nizami rayon İcra Hakimiyyəti Qara Qarayev metrostansiyasının yaxınlığındakı ərazinin hasarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

İH-dən daxil olan məlumata görə, Abdullayev Nağı Əhməd oğlu və Qədimov İlham Ənvər oğlu Rayon İcra Hakimiyyətini məlumatlandırmadan Nizami rayonu, Qara Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulması üçün əraziyə mühafizə hasarı çəkməyə cəhd edərək tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görüb.

Rayonun aidiyyəti xidmət sahələri tərəfindən həmin əraziyə çəkilən mühafizə hasarı sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Obyektin tikintisinə verilən sənədlərə yenidən baxılması üçün tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Digər xəbərlər

Banner