Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Yeniliyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın hazırlanması üçün yerli icra hakimiyyətlərinə verilən vaxt daha bir il artırılıb. Qeyd edək ki, Məcəllə qəbul ediləndə qərara alınmışdı ki, yerli icra hakimiyyətləri idarə etdikləri ərazi üzrə müfəssəl planları 3 il müddətində hazıvrlasınlar, amma sonradan bu müddət 4, 5 və indii isə 6 ilədək uzadılıb.
Müfəssəl plan, yaşayış məntəqəsinin ərazisində şəhərsalma və tikinti işlərinin aparılması ilə bağlı detalları əks etdirən sənəddir. Müfəssəl planların tətbiq edilməsi şəhərsalma fəaliyyətinin tənzimlənməsi ilə yanaşı, ərazidə tikinti aparılacaq yerlərin əvvəlcədən müəyyənləşməsini, bununla da tikinti icazələrinin verilməsində şəffaflığı da təmin etməlidir. Amma ötən müddətə baxmayaraq yerli icra hakimiyyətləri hələ də bu planların hazırlanmasına maraq göstərmirlər.
İcra hakimiyətlərinə daha bir il vaxt verildi – QANUNA DƏYİŞİKLİK
20:03
20 Fev 2018