2025-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondu (Fond) hesabına 232,5 milyon manat həcmində ipoteka krediti verilib ki, bunun da 67 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib.
FED.az Fonda istinadən xəbər verir ki, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1483, güzəştli ipoteka kreditləri hesabına isə 789 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği isə 102340 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 01 iyul 2025-ci il tarixinə Fond tərəfindən 116,8 milyon manat məbləğində 1294 ipoteka krediti üzrə zəmanət verilib. Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,55 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.