İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
"Daşınmaz əmlak bazarındakı qiymət artımı ipoteka kreditlərinin orta məbləğinə təsir edib"
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 49 min 276 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3 milyard 6 milyon 359 min 113 manatdır.
Kirayəçilərin istifadəsinə 4427 yaşayış sahəsi verilib.