İnşaat və əmlak

Hövsandakı sosial evlər – BELƏ TƏMİR EDİLİB - VİDEO

Hövsandakı sosial evlər – BELƏ TƏMİR EDİLİB - VİDEO | FED.az
14:51 18 Fev 2020

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksindəki sosial mənzillərin təmirini açıqlayıb.

Eləcə də bax: Hövsandakı sosial evlərin - SATIŞI BAŞLAYIR - RƏSMİ AÇIQLANDI - VİDEO

Agentlikdən FED.az-a bildirilib ki, Yasamal Yaşayış Kompleksində olduğu kimi Hövsan Yaşayış Kompleksinin mənzilləri ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilib.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.

Agentlik tərəfindən Hövsan Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunur. Təmirli mənzillərin görüntülərini təqdim edən video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Tezliklə Hövsan Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat  əldə etmək mümkün olacaq.

 

Digər xəbərlər