Azərbaycanda binaların altında yeraltı qaraj tikəcək inşaat şirkətlərinə güzəştlər qüvvyə minib.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin «Ərazinin zonalaşdırılması və müfəssəl planlar olmayanda tələblərə uyğunlaşdırılması barədə Qaydalar»ına edilən yeni dəyişiklikdə əksini tapıb.
Azərbaycan şirkəti Füzulidə - Böyük Zavod Tikəcək
Bu üsulla hökumət avtomobil dayanacaqları ilə bağlı ciddi problem yaranmış Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində tikinti şirkətlərini binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinə həvəsləndirmək niyyətindədir.
Tikinti obyektlərinə dair - Tələblər Dəyişib
Nazirlər Kabineti bu məqsədlə özünün bir neçə qərarına - «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın təsdiq edilməsi haqqında», «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» qərarlarında dəyişiklik edib. Həmin dəyişikliklərə əsasən:
Bələdiyyədən alınan torpaqlarla bağlı - Konstitusiya Məhkəməsindən Qərar
- Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq; (yəni tikinti şirkətinə normadan bir mərtəbə daha artıq tikinti aparmağa icazə veriləcək – FED,az)
- Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq (yəni layihəyə qarajın əlavə edilməsi proseduru tam sadələşdiriləcək).
Nazirlər Kabinetindən bununla bağlı verilən izahlarda bildirilir ki, epdilmiş dəyişikliklər Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.