Azərbaycanda sahibkarların ən çox problemlə üzləşdiyi məsələlərdən biri – tikintidə texniki şərtlərin verilməsi prosesinə nəzarət başlayır.
Daha 208 "kirayə mənzil" satışa çıxarıldı - AYLIQ 347 MANATDAN BAŞLAYIR
FED.az xəbər verir ki, bu sahədəki vəziyyət, o cümlədən indiyədək bu sahədə mövcud olan problemlər və qanundan kənar hallar araşdırılacaq. Həmin halların qarşısının aınması üçün tədbirlər görüləcək.
Bu yenilik Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulub.
Sözügedən hesabat konkret olaraq tikintiyə icazələrin verilməsi prosedurunun nə qədər şəffaf və icrasının nə qədər qanuni olduğunu araşdırır.
Tikintidə icazə problemləri, eləcə də texniki şərtlərin verilməsi ilə bağlı vəziyyət sahibkarların ən çox problemlə üzləşdiyi məsələlərdən sayılır. Bu sahədə tərəflərin sayının çoxluğu, prosesin özünün qeyri-şəffaflığı, eləcə də məlumatların açıq olmaması səbəbindən texniki şərtlərin nə qədər obyekti olub-olmaması daima narazılıq doğuran məsələlərdəndir.
Təsadüfi deyil ki, tikinti üçün bütün sənədləri və icazələri hazır olan sahələr bir neçə milyondan 10-15 milyon manatadək qiymətə satılır. Bu vəsaitlərin bir hissəsi həmin icazələrin olması səbəbindən tələb edilir. Bəzi hallarda icazəərə çəkilən xərclər sahibkarların ilkin investisiyasının bir hissəsini əhatə edir və onun tikinti planlarına təsirini göstərir.
Bu sahədəki problemləri həll etmək üçün Yol Xəritəsində «Tikinti məqsədləri üçün icazələrin əldə edilməsinin səmərəliliyi» adlı bölmə yaradılıb. Burada qarşıdakı dövrdə tikinti icazələrinin sadələşdirilməsi v bu sahədə şəffalıq yaratmaq üçün nəzərdə tutulan işlər əksini tapıb.
Bəzi addımların bu ilin oktyabrınadək ə ya ilin sonunadək tamammlanması gözlənilir.
Buləliklə, ilk övbədə Elektron Tikinti Portalında canlı çat və elektron bildiriş funksiyaları işə salınacaq. Bu o deməkdir ki, tikinti icazəsi il bağlı problemlə üzləşən şirkət və ya sahibkar birbaşa portala müraciət edib çat vasitəsilə məlumat verə biləcək.
Digər əsas addım tikintiyə rəy və texniki şərtlərin alınması prosesində praktikada mövcud olan problemlərin araşdırılması və həlli üzrə təkliflərin hazırlanması olacaq. «Praktikada mövcud olan problem» ifadəsi əslində yumşaq seçilib – söhbət qanunda müəyyən edilmiş qaydalardan fərqli prosesin araşdırılmasından gedir.
Digər mühüm yenilik tikintiyə və istismara icəzə üçün edilən müraciətlərə dövlət qurumlarının necə cavab verməsinin araşdırılmasıdır.
Yol xəritəsində nəzərdə tutulub ki, tikintiyə və istismara icazə prosesində müvafiq qurumlar tərəfindən rəy və texniki şərtlərin verilməsi prosesini qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icrasının təmin edilməsi nəzarərə götürüləcək.
Eyni zamanda sözügedən rəy və texniki şərtlərin verilməsi, o cümlədən onların icra müddətləri ilə bağlı rüblük məlumatların hazırlanaraq işçi qrupun iclaslarında müzakirə ediləcək və Komissiyaya təqdim ediləcək.
Sahibkarların çoxdan gözlədiyi yenilik isə tikintiyə icazə verilməsi ilə bağlı qəbul edilən qərarlardan şikayətlərin verilməsi olacaq. Yeniliyə əsasən şikayətlərin elektron Portal vasitəsilə edilməsi mexanizmi yaradılacaq. Eyni zamanda şikayətlərin baxılması prosesi d sadələşdiriləcək.