Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaxın günlərdə Bakının Yasamal rayonunda güzəştli mənzil kompleksində ticarət mərkəzinin tikintisi üçün investisiya cəlb etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bunu agentliyin direktoru Samir Nuriyev “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Ticarət mərkəzinini tikintisi üçün tələb olunan investisiyaların həcmi 6-7 milyon manat təşkil edəcək.
Bununla da Yasamalda mənzil kompleksinin tikintisinə cəlb edilən investisiyanın ümumi həcmi 18 milyon manata bərabər olacaq:
“Biz daha əvvəl 11 milyon manat investisiya cəlb etmişdik. Bu məbləğ həm binaların tikintisinə, həm də informasiya-kommunikasiya xətlərinin çəkilişinə sərf ediləcək”.
Hökumət 6 milyon manatı olan investor axtarır
17:50
29 Noy 2017