Mənzil bazarında durğunluq müşahidə olunur.
Bakıda mənzil bazarında durğunluq - AÇIQLAMA
FED.az xəbər verir ki, əmlak eksperti Ramil Qasımzadə bildirib ki, havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, xüsusən də həyət evlərinin satışında aktivlik azalıb.
Ekspert bildirir ki, vətəndaşlar yüksək məbləğdə pul ödəyib az sahəli mənzil almaq istəmirlər. Notariuslarda qaydaların sərtləşdirilməsi, yəni 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələbi də qismən satışa təsir edir.
Ekspert qeyd edib, qarşıdakı aylarda əmlak qiymətlərində enmə gözlənilir. (Xezerxeber.az)