Fərdi həyət evlərinə tələbatın artması müşahidə olunur.
Bakıda bu evlərə tələbat artıb - QİYMƏTLƏR YÜKSƏLİB
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələbat azalsa da, fərdi həyət evlərinə maraq artıb. Əmlak eksperti Elnur Fərzəliyev qeyd edir ki, xüsusilə aztəminatlı ailələr mənzillərin qiymətlərindəki artıma görə fərdi yaşayış evlərinə üstünlük verirlər.
Elnur Fərzəliyevin sözlərinə görə, həyət evlərinə tələbatın artması qiymətlərə də təsirini göstərib. Ekspert bildirir ki, 2023-cü ildən başlayan qiymət artımı hələ də davam edir.
Onu da qeyd edək ki, qiymətlərin artması kirayə mənzil bazarına da öz təsirini göstərir. (Xezerxeber.az)