Sifariş vermiş şəxs sifariş verdikdən sonra istənilən əmlaka baxış keçirə bilər.
Bakı Hərrac Mərkəzi: "Alıcılar avtomobil hərraclarında onlayn iştirak edə biləcək"
FED.az xəbər verir ki, bunu hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatında Hərracların Təşkili Mərkəzinin Şöbə müdirinin müavini Tağıyeva Tahirə deyib
O bildirib ki, fiziki şəxslərin iştirakına gəldikdə hərracda iştirak üçün müəyyən edilmiş behi onlayn şəkildə ödəyərək iştirakçı qismində çıxış edə bilər və yaxud fiziki qaydada şəxsiyyət vəsiqəsi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin binasına gələrək əməkdaşlara müraciət edə bilərsiniz.
"Yenilənmiş platformada hərracların onlayn izlənməsi mümkün olacaq. İlkin mərhəldə dövlət qurumlarının balanslarında olan nəqliyyat vəsitərinin onlayn izlənməsi mümkündür. İştirakçı beh ödədikdən sonra, əgər hərracda iştirak etməsə, bu zaman beh ödənişi geri qaytarılır". - deyə Tağıyeva Tahirə vurğulayıb.
"Azərbaycan Respublikasında qiymətləndirmə qanununa əsasən müstəqil qiymətləndiricilər tərəfindən əmlakların qiymətləndirlməsi həyata keçirilir. Qiymətləndirməyə Hərracların Təşkili Mərkəzi müdaxilə etmir". deyə Tağıyeva Tahirə əlavə edib.