Respublikada tikinti işlərinin sürətlə artan tələbatlarını ödəmək məqsədilə respublika ərazisində aşkar olunmuş gil yataqlarının bazası əsasında hər bir regionda ayrı-ayrı kərpic zavodlarının tikilməsi məqsədəuyğundur. Bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov bildirib.
"Beləliklə mişar daşılarının kəsilməsinin və ekoloji çirklənməyin qarşısı alınacaqdır",- iş adamı əlavə edib.
Elxan Bəşirov qeyd edib ki, Respublika ərazisində aşkar olunmuş tikinti daşı yataqlarından istifadə etməklə, respublikanın qum-çınqıl qarışığına olan tələbatını tamamilə ödəmək olar. Bu həm də son illər çay hövzələrində baş verən xoşagəlməz hadisələrin qarşısını (çay yataqlarının səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində suvarma sistemlərinin sıradan şıxması və s.) almış olar.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən tikinti materialları istehsalçıları arasında təbii sərvətlərin səmərəli istifadəsi ilə bağlı monitorinq aparılmış və bir sıra problemlər aşkar edilmişdir. Ətraflı: ATMİA-nın sədri Elxan Bəşirov inşaat materialları istehsalına dair təkliflərini təqdim etdi