Artıq yay mövsümünə sayılı günlər qalmasına baxmayaraq torpaq bazarında vəziyyət elə də aktiv deyil. FED.az xəbər verir ki, bu barədə daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı bildirib.
Qeyd edək ki, əsasən yay mövsümünə doğru torpaq və bağ evlərinin qiymətlərində adətən canlanma olur.
Ramil Osmanlının sözlərinə görə, hazırda ümumi seqmentlər üzrə stabillikdir və ciddi dinamik dəyişiklik hiss olunmur. Yalnız dəyəri 10 min manatdan aşağı olan toqpaq sahələrinin qiymətlərində mövsümlə əlaqədar olaraq nisbi artımlar var. Bu da əhəmiyyətli artım sayılmır. Təbii ki, bu artım mövsümlə əlaqədər olaraq xarekterikdir və bu il də bu proses baş verib. Amma digər illərdə mövsümdə kütləvi şəkildə torpaq sahələrinin qiymətində artım baş verirdisə bu il hələki bu artım baş vermir. Səbəb isə alıcılıq qabiliyyətinin aşağı olmasıdır- deyə Ramil Osmanlı bildirib.
Əsasən bu ərazilərdə torpaq sahələri alınıb –satılır
Ekspertin sözlərinə görə, hazırda daha çox aktiv olan ərazilər şəhərin mərkəzə qismən yaxın olan əraziləridir. Bura Masazır, Yeni Ramanı, Xırdalanın qismən kənar əraziləri daxil etmək olar. Bağ evlərinə marağın hələ ki, ciddi dinamik dəyişiklik hiss olunmur. Yəqinki iyun ayının ilk 10 günlüyündə biz bu sahədə müəyyən dəyişiklikləri müşahidə edəcəyik deyə əmlak üzrə mütəxəssisz bildirib.
Artıq bağ evlərinin kirayə qiymətlərində müəyyən qədər canlanma var. Belə ki, adi hallarda 300-500 manat təklif olunan bağ evlərində mövsümdə iki dəfəyə yaxın qiymət artımı olur .
Ölkəyə gələn turistlərin bağ evlərinə maraq gözlənilir. Amma hələ ki, bu barədə konkret nəsə demək mümükün deyil –deyə Ramil Osmanlı bildirib.
"Hazırda əsasən 10 min manatdan aşağı olan torpaq sahələri alınır"
12:28
29 May 2019