Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq.
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlər dəyişir - FƏRMAN
FED.az xəbər verir ki, Prezidentin imzaladığı Fərmanla "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib.
Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzilə sahib olmaq mümkün olacaq.
Bununla bağlı millət vəkili Vüqar Bayramov açıqlama verib.
O bildirib ki, yeni qaydalar gənc ailələrin güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək.
Yeni dəyişikliklər həm güzəştli şərtlərlə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhfə verəcək.