Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.
Eləcə də bax: MİDA-nın onlayn satış sistemi - ÇÖKDÜ - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.
Onun sözlərinə görə, satışın başlamasına qısa bir müddət qalmış çoxlu sayda vətəndaşın girməyə çalışmasına görə, asan login sistemində yüklənmə olub.
Beləliklə, bu kompleksdə mənzillərin satışı qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb. (Report)