Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb. FED.az Agentliyə istinadən xəbər verir ki, satilan 324 mənzilin 32%-ni və ya 104-nü ən azı 3 il hərbi xidmətdə olan şəxslər alıb.
Siyahıda ikinci yerdə ən azı 3 il daxili işlər orqanlarında xidmət edən xüsusi rütbəsi olan şəxslərdir. Onlara mənzilərin 15%-nə vəya 48-nə sahib olublar. Güzəştli mənzil alanlar sırasında məcburi köçkünlər 47 nəfər (14%) olub. 39 mənzil (12%) ən azı 3 il dövlət qulluğunda çalışanlara, 35-i isə (11%) 15 il dövlət qulluqçusu olanlara nəsib olub. 28 nəfər (9%) müəllim də bu şansdan yararlana bilib.
Eləcə də bax: MİDA mənzil seçimindəki problemlərə aydınlıq gətirdi - VİDEO
Siyahıda ən az mənzil alan qrup fəlsəfə doktorlarıdır - 3 nəfər (1%). Şəhid ailələri də azlıq təşkil edib. Ümumi mənzil alanların cəmi 1%-i və ya 4 nəfəri məhz bu kateqoriyadan olan şəxslərdir.
Güzəştli mənzillərin böyük əskəriyəti - 288-i ipoteka krediti ilə alınıb. Qalan 36 mənzili vətəndaşlar öz vəsaitləri hesabına alıblar.
Mənzil alanlar sırasında yaşı 35-dən çox olmayan gənc ailələr 39 %, yaşından və ailə vəziyytindən asılı olmayan digər şəxslər isə 61% olub.