Azərbaycanda güzəştli ipoteka üzrə faizlərə yenidən baxılması və faizlərin azaldılması təklif edilir.
Eləcə də bax: Azərbaycanda jurnalistlərə də güzəştli - İPOTEKA KREDİTİ VERİLƏCƏK - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkil Vüqar Bayramov bildirib.
O qeyd edib ki, güzəştli ipoteka krediti dövlət büdcəsindən maliyyələşən kreditləşmədir: “Düzdür, hazırda bu növ ipoteka üzrə faizlər aşağıdır, 4%-dir, lakin bu faiz dərəcələrinin də aşağı salınması imkanları var. Faizlərin aşağı salınması bu növ kreditdən yararlanamaq hüququ olan şəxslərin müraciətlərinin artması ilə nəticələnə bilər”.
Vüqar Bayramov, həmçinin güzəştli ipoteka krediti üzrə nəzərdə tutulan ilkin ödənişə də yenidən baxılması məqsədə uyğun olduğunu qeyd edib. “Güzəştli ipoteka kreditlərində adi kreditlərlə müqayisədə ilkin ödəniş daha aşağıdır (10% - red.). Düşünürəm ki, ilkin ödəniş olmadan, güzəştli kreditlərin bu kateqoriyadan olan insanlara təqdim olunması daha məqsədəuyğun olar. Çünki bir sıra hallarda vətəndaşların, məsələn jurnalistlərin ilkin ödənişi ödəməklə bağlı çətinlikləri ola bilər. Təşviqedici tədbirlərin genişləndirilməsinə ehtiyac var ki, daha çox vətəndaş güzəştli ipoteka almaq üçün müraciət etsin”.
O bildirib ki, mütəmadi olaraq ekspert və millət vəkil olaraq müvafiq dövlət qurumlarına bu təklifləri təqdim edilir: “Təkliflərimiz mütəmadi olaraq müzakirə olunur. Güzəştli ipoteka sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı addımların atılması vacibdir və ümid edirik ki, gələcəkdə bu istiqamətdə addımlar atılacaq”.