Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.
Dövlət yeni mənzilləri satışa çıxardı – AYLIQ 357 MANATDAN BAŞLAYIR - SİYAHI
Bəs İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka üçün limitlər nə vaxt ayrılacaq?
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bildirilib ki, güzəştli ipoteka kreditləşməsi üçün limitlər hər ilin əvvəli ayrılır.
Güzəştli ipotekanın şamil olunduğu əhali kateqoriyaları barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. (http://mcgf.gov.az/menu/46)
Qeyd edək ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib. (Trend)