Banner

İnşaat və əmlak

Güzəştli evlərin ən çox - KİMƏ SATILDIĞI AÇIQLANDI – RƏQƏMLƏR

Güzəştli evlərin ən çox - KİMƏ SATILDIĞI AÇIQLANDI – RƏQƏMLƏR | FED.az
13:44 24 Dek 2019

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində satılan mənzillərlə bağlı məlumatı açıqlayıb.

FED.az xəbər verir ki, satışa çıxarılan 570 mənzildən 568-i satılıb, satılmayan 2 mənzil gələcəkdə yenidən satışa çıxarılacaq. Bunların 422-si ipoteka krediti, 146-sı isə nağd vəsaitlə alınıb.

Güzəştli mənzillərin 405-ni və ya bütün mənzillərin 71%-ni hərbçilər, daxili işlər orqanlarının əməkdaşları və dövlət qulluğunda xidmət edənlər alıb.

79 mənzil elmi işçilərə və elmi dərəcəsi olanlara satılıb.

Müəllimlər 33, məcburi köçkünlər 35 mənzil alıblar.

İdman sahəsində nailiyyətləri olanlar 6 mənzilə, şəhid ailələri 5 mənzilə, Milli Qəhrəman ailəsi isə 1 mənzilə sahib olub.

Gücəştli mənzilləri alanların əksəriyyəti  - 60%-i 22-35 yaşında gənclərdir (344 nəfər). 

35-50 yaşında olanlar 116 mənzilə, 50 yaşdan yuxarı olanlar isə 108 mənzilə sahib olublar.

Rəqəmlər göstərir ki, güzəştli mənzil sisteminə qeydiyyat zamanı istifadəçilərin 90%-i mənzili ipoteka krediti, 10% isə nağd pulla almaq niyyətində olsalar da, alış zamanı, nağd pulla alanların sayı 26%-ə çatır. 74% isə mənzili kreditlə alıb.

Digər xəbərlər

Banner