Gürcüstanda yaşayış evləri 2023-cü ilin ikinci rübündə illik müqayisədə 13% bahalaşıb.
Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın - SAYI AZALIB
FEDəaz xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, bu ilin aprel-iyun ayları ərzində mənzil qiymətləri 2020-ci ilin ortalaması ilə müqayisədə 28,8%, həyət evlərinin qiyməti isə 29,2% artıb. Bahalaşma cari ilin birinci rübü ilə müqayisədə də qeydə alınıb. Belə ki, aprel-iyun aylarında mənzil qiymətləri birinci rüblə müqayisədə 3,4%, həyət evlərinin qiymətləri isə 1,6% artıb.
Statistikaya görə, hazırda paytaxt Tbilisinin Mtatsminda, Vake kimi mərkəzi rayonlarında mənzillərin qiyməti hər bir kvadratmetrə görə orta hesabla 4 400 -5100 min lari (2900-3360 manat), ətraf rayonlarda isə 2700-2900 (1780-1910 manat) lari təşkil edir.
Qeyd edək ki, kirayə mənzil bazarında da kəskin qiymət artımı (bəzi hallarda 2 dəfədən çox) müşahidə edilir. (Apa)