Azərbaycanın tikinti sahəsində tanınmış şirkətlərindən olan “Grand Texnika” öz sektorunda liderlik mövqeyini bir daha sübut edir. Belə ki, şirkət SOCAR-ın sifarişi ilə Qaradağ rayonu ərazisindən Qaradağ- Hacıqabul rayonu istiqamətində beton daşıma işlərinin aparılmasında yüksək keyfiyyətli texnikalar və təcrübəli işçi heyəti ilə layihənin uğurla başa çatdırılmasında önəmli rol oynadı.
Qeyd edək ki, “Grand Texnika” müştərilərinə keyfiyyətli və dayanıqlı texnikalarla bərabər, təcrübəli sürücülər və işində peşəkar mütəxəssisləri təqdim etməklə şirkətlərin layihələrini ən səmərəli şəkildə idarə etməsinə kömək edir. Və bununla da şirkət müştəri yönümlü yanaşması və keyfiyyətli xidməti ilə sənayedə etibarlı tərəfdaş kimi tanınır.
“Grand Texnika” bu kimi digər böyük şirkətlərin layihələrində uğurlu işləri ilə sektorda lider şirkətlərdən biri kimi tanınır.
Xatırladaq ki, “Grand Texnika” Socar, Paşa İnşaat, AAY, Azərenerji, Milla, STP, Azərsun, Grand Agro, Veysəloğlu, Enter Engineering, Polat Yol və North West Construction kimi böyük şirkətlərlə qurduğu əməkdaşlıq ilə həm şəhərdaxili, həm də ölkənin müxtəlif bölgələrində layihələri uğurla başa vurmuşdur.
“Grand Texnika” daim müştəri məmnuniyyətini prioriteti kimi görür, etibarlılıq, keyfiyyət və münasib qiymət siyasəti ilə sektorun tanınmış brendi olmağa davam edir