Azərbaycan tikinti sektorunun tanınmış şirkətlərindən olan “Grand Texnika” ağır və xüsusi texnikaların icarəsi sektorunda aparıcı rol oynamaqda davam edir.
FED.az xəbər verir ki, şirkət yenilikçi və etibarlı xidmət yanaşması prinsipi ilə ilə sektordakı tələblərə cavab verərək müştərilərinə ən uyğun həllər təklif edir.
"Grand Texnika" Azərbaycanda kommersiya və dövlət müəssisələrinin tikinti sahəsində ixtisaslaşan, müxtəlif növ texnikalarla təmin edən, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən möhtəşəm layihələrə imza atmışdır.
Şirkət Qarabağ zonasında tikinti-inşaat əməliyyatlarının idarə olunmasına və tamamlanma işlərindən sonra texniki dəstək xidmətlərinin göstərilməsinə qədər, daim müştəriləri və əməkdaşları ilə yaxından maraqlanaraq diqqətdə saxlayıb.
Şirkət həmçinin yüksək keyfiyyətli avadanlıqları və təcrübəli operatorları müştərilərə layihələrini səmərəli şəkildə başa çatdırmaqda köməklik edib.
"Grand Texnika" şirkətinin portfaliosuna ölkənin aparıcı və tanınmış şirkətləri daxildir. Şirkət SOCAR, “Paşa İnşaat”, AAY, Azərenerji ASC, Milla, STP, “Azərsun”, “Grand Agro”, “Veysəloğlu”, “Enter Engineering”, “Polat Yol” və “North West Construction” kimi böyük şirkətlərlə qurduğu əməkdaşlıq nəticəsində həm şəhərdaxili, həm də ölkənin müxtəlif bölgələrində layihələri uğurla başa çatdırıb.
“Grand Texnika” daim müştəri məmnuniyyətini prioriteti kimi görür, etibarlılıq, keyfiyyət və münasib qiymət siyasəti ilə sektorun tanınmış brendi olmağa davam edir.
Əlaqə məlumatları:
Əhməd Rəcəbli küçəsi, 23A
Mob:(+99451) 233 80 92; (+99451) 233 80 94
Email: [email protected]