Geoloji torpaqlar təbii qoruq təyinatlı torpaqlar sayılacaq.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.