Gəncədə sosial evlərin tikintisinə başlanılır. Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Gəncədə tikəcəyi yaşayış komplekslərinin hansı şirkətə həvalə ediləcəyi də məlum olub.
FED.az xəbər verir ki, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AKI dövlət layihə instituna həvalə olunub. Müqavilənin dəyəri 225 474 manatdır.
Eləcə də bax:Güzəştli evlərin ən çox - KİMƏ SATILDIĞI AÇIQLANDI – RƏQƏMLƏR
Yaşayış kompleksinin tikintisinin layihələndirilməsi məqsədi ilə mühəndis-geoloji və geofiziki tədqiqat işləri ilə bağlı isə “Mənzil Kiçik Müəssisəsi” ilə 25 300 manatlıq müqavilə imzalanıb.