Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
FED.az xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində vətəndaş Quliyev Fəxrəddin Həmid oğlu tərəfindən tikintisi aparılan doqquzmərtəbəli yaşayış binasına müvafiq icazəverici sənədləri olmadan əlavə olunan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.