Gəncə şəhərində artıq mənzil borcunu ödəmək üçün poçt şöbəsinə getməyə və ya ixtisaslaşmış bir şöbədə növbəyə durmağa və ya sahə müfəttişlərin gəlişini gözləməyə ehtiyac yoxdur.
FED.az xəbər verir ki, bu yöndə görülən uzun çalışmalardan sonra Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mütəxəssisləri ilk dəfə olaraq Azərbaycanda, məhz, Gəncə şəhərində kommunal xidmətlərin ödəmə terminalları vasitəsilə həyata keçirilməsinə nail olublar.
Bu gün ödəmə terminalları hər hansı bir xidmət üçün ödəmələrin ən sürətli və ən rahat yoludur. Bu üsul hər gün şəhərin müxtəlif yerlərini gəzməli olan aktiv insanlar üçün əlverişlidir. İnternetə giriş olmadığı təqdirdə, terminal demək olar ki, bütün borcları ödəyə biləcəyiniz ən sərfəli üsuldur. Bu səbəbdən Gəncədə mənzil kommunal ödənişləri ödəmə terminallarında həyata keçirilə bilir.
Əməliyyat üçün hərəkətlər alqoritmi belədir:
Tələb olunan xidmət növünün seçilməsi;
"Kommunal xidmətlər" bölməsinə daxil olub, evin və ya mənzilin kommunal xidmətlərini həyata keçirən qurum barədə məlumatların təqdimatını edib:
" MKTİB " bölməsini seçmək lazımdır. Ekranda ödəniləcək məbləğin və şəxsi hesabın gördükdən sonra şəxsi kodunuzu yazıb ödəniş edilməli və qəbz götürülməlidir. (Report)